18 yanvar 2019, Cümə
Ana Səhifə - Yazılar - “Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...
“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...
12.12.2018, 11:25

Olub. Bir neçə dəfə onun zala, tədbirə girişini, tribunaya qalxışını, çıxışını, nitqini uzaqdan izləmişəm. Səhhəti qaydasında olmayan atamın əvəzinə tədbirlərə getdiyim dönəmlərdə. Amma lap yaxından bütün  həyatım boyunca cəmi-cümlətanı bir dəfə görmüşəm Heydər Əliyevi. Mərhum Səfiyar Musayevlə BDU-da təşkil edilən vida mərasimində. Lap dəqiqi, həmin mərasim öncəsi. Biz 1-ci kurs tələbələri əsas korpusun qarşısında dayanmışdıq. Gəldi. Uzun, yaraşıqlı bir maşınla. Markasi yadımda deyil. Amma çox gözəl avtomobil idi. Düşdü. Dağınıq saçlarını barmaqları ilə arxaya doğru daradı, baş hərəkəti və qəmgin görkəmlə ətrafdakılara salam verdi, daha sonra binanın qapısına, oradan isə Səfiyar müəllimin nəşi qoyulan zala doğru irəlilədi.

 

Mərasimə müəllim heyəti ilə bərabər yalnız yuxarı kurs tələbələri buraxilmışdı. Biz isə Heydər Əliyevin bayırda qalan tək müşayətçisini – sürücünü və maşının özünü qəribə baxışlarla süzürdük: neçə oturacaqdan ibarətdir, sürət göstəricisində maksimum hədd nə qədərdir, içində şəhər telefonu varmı- yoxmu kimi səssiz sualların fonunda. Hə, 16 yaşımız vardı. Gənc də yox, uşaq idik və özünüdərkin bu mərhələsində Heydər Əliyevin maşını bəlkə də Heydər Əliyevin özündən daha maraqlı görünürdü bizə. Və ən əsası: fərqində deyildik ki, o maşının zaman-zaman yüz və min bənzəri qarşımıza çıxsa da bənzərsiz Heydər Əliyevdən bir də heç vaxt çıxmayacaq!

***      

 

Mən Heydər Əliyevlə çalışanlara, həmsöhbət olanlara, ələlxüsus da ən çətin anda onu qoruyanlara hər zaman həsəd aparmışam. Bəzən müsahibələrdə, açıqlamalarda səslənən: “öz Jiqulimlə aeroporta apardım, bərabər sup içdik,  çarpayımı ona verib özüm eyvanda yatdım ki, soyuq olmasın” – kimi frazaların sahiblərinə, bu qədər özəl və yaxın münasibətin yiyələrinə isə sözün gerçək anlamında paxıllıq etmişəm. Hətta yuxarıda ötəri olaraq obraz təsvirini verdiyim və bəlkə də ömrü boyu susqun qalan sürücüsünə belə. Özümdən asılı olmadan.

 

Bu unikal insanın Öndərliyə gedən yolu rahatlıqdan başqa hər şeydən keçib. O, zaman- zaman ən dəhşətli formada incidilib, haqsızlığa uğrayıb, pisliklərin hiyləsinə, nakişiliyinə tuş gəlib. Sovet İmperiyasının qısqanc məxluqatları onun fiziki ürək gücünü 30 faizə qədər endirə bilib, ağır infarkta məruz qoyub. Sevil Əliyeva bir açıqlamasında deyirdi ki, atamın bu zərbədən sonra sağ qalmasına həkimlər inanmırdılar. Çünki ürək əzələsinin geniş deyil, lap geniş, üçdə iki həcminin infarktı idi bu. Ondan isə yüz mində bir insan sağ çıxır. Atamı Tanrı bizə bağışlamışdı. Bizə və Azərbaycana...

 

Heydər Əliyevçı olmaq gözəldir. Binədən, əzəldən Heydər Əliyevçi olmaqsa lap gözəldir. Bu təxminən insan həyatı qurtaran birinin gecə vicdanı və balıncı ilə baş-başa qalarkən sevincdən xısın-xısın ağlaması kimi bir hissdir. Yaşamaq lazım ki, anlayasan! İçdən duymaq lazım ki, şövqünə varasan!

 

Heydər Əliyev sıfırdan dövlət qurub – SIFIRDAN! Heydər Əliyev - büdcəsi, iqtisadiyyatı, siyasi sabitliyi məlum qüvvələrin “istedadı” ucbatından məhz SIFIRA endirilmiş bir məmləkəti dünya çapına çıxarıb, onun bütövlüyünü, suverenliyini bütün yad və iç təhdidlərdən qoruyub – tək gücü ilə! Üstəlik, müharibə şəraitində, Əlikramın sağdan, “Sadval”ın soldan, Surətin onurğadan vurduğu məqamlarda. O məqamlarda ki, dahi Liderin hər saniyəsinə güllə tuşlanıb, hər dəqiqəsi ölümə köklənib. Hələ Naxcıvanda ikən öz xidməti otağında odun sobası belə qalamayıb “evində üşüyənlər deməsin, Heydər Əliyev otağında rahat oturub” – düşüncəsinə sahib insan enində-sonunda layiq olduğu məqama ucalmalı idi, ucalmağa məhkum idi! Ucaldı da!

 

Hərdən Heydər Əliyev və İlham Əliyev demokratiyasını, bu hakimiyyətin tanıdığı azadlıq və sərbəstlik çərçivələrini, “Məhsul” boyda stadionu və ilaxır nələrisə bəyənməyənlər deyirlər ki ha, hüquqlarımız -filan pozulur, bax o həmin hüquq “cəfakeşləri” Heydər Əliyevin indicə haqqında söhbət açdığım Naxcıvandakı iş otağının süşələrini düz 7 dəfə qırıblar, binanı yüz dəfə mühasirəyə alıblar, Qarabağda düşmənə qarşı qurulmalı olan blokadanı, istehkamları Heydər Əliyevə, onu yaxınlarına, silahdaşlarına qurublar. Ulu Öndərin otağına kim giribsə çıxdığı an peşinə ya narkoman, ya alkaş, ya da qatı cinayətkar salınıb. Bir dəfə Xaçmazın hazırki başçısı, Naxcıvanın o zamankı Baş Naziri dəyərli Şəmsəddin müəllim həmin dövrün xatirələrinə körpü salarkən elə məqamlara toxundu ki, göz yaşlarına hakim ola bilmədi. 80 yaşında adam uşaq kimi ağladı, bizi də kövrəltdi. Heyf özü xahiş etdiyi və özəl məqamlar olduğu üçün nəql edə bilmirəm. Amma bilin: dəhşətli şeylər olub. Heydər Əliyevin qarşısını almaq üçün hər iyrəncliklərə əl atıblar, ona hər pisliyi ediblər! Nakişicə, namərdcə, riyakarcasına!

 

İçdən də ONU yeyib-bitirməyə çalışan vicdansızlar “n” qədər olub. Elə biri Rəsul. Məlumatınız varmı ki, 1981-də Heydər Əliyevin təşəbbüsü ilə gənc yaşında yüksək vəzifəyə təyin olunan Rəsul Quliyev Neftayırma zavodundakı yanğından sonra əlli-ayaqlı gedirmiş? Məncə bu haqda çox az insanın informasiyası var...Bəli, Ulu Öndər bu adamı qorumaq üçün (kaş qorumayaydı!) SSR-nin birinci şəxsinə telefon açır, ilk dəfə neqativ cavab alsa da ömrü boyunca kiməsə xahiş-minnət etməyən Heydər Əliyevin sözü sonucda eşidilir, o şərtlə ki, dövlət öz daxili vəsaiti hesabına zavodu yenidən qursun. Və...ikinci hakimiyyət dövründə Ulu Öndər bu adama o minvalla fürsət verir ki, keçmiş kadrımdır, həyatını xilas etmişəm, dürüst olar. Amma olmur, hamıdan betər xəyanət edir!

 

Və yüzlərlə belə prezident var...

 

Hər dəfə Gəncə hadisələri ilə bağlı videoya baxarkən içim sızlayır mənim. Mirşahinin Heydər Əliyevdən açıqlama aldığı məqama diqqətlə baxın. Yorğunluq və əsəb pik həddədir! Bu NƏHƏNG adam Surətlə nə danışa, nə müzakirə edə bilərdi? – Təbii, heç nə! Amma Surəti dəyərindən milyon qat artıq şişirdənlər,  “Surət Gəncədən Bakıya doğru yol alıb, gizlənin”- anonsunu verən keçmiş hakimiyyət nümayəndələri 1 il müddətincə vəziyyəti elə bir həddə gətirmişdilər ki, Surət az qala ideologiya “dəngə”sinə çevrilmişdi, Baş Prokuroru, səlahiyyətli şəxsləri həbs edirdi, prezident Elçibəyin həbsinə sanksiya imzalatdırırdı. Ona görə onunla üzbəüz oturub müzakirə aparmaq məhkumiyyəti yaranmışdı. Bax bu səbəbdən içim sızlayır ki, Ulu Öndər kimi şəxsiyyət Surət kimi gədə ilə bir stol arxasında + kiminsə səhvlərini sığortalamaq və Azərbaycanı qorumaq üçün müzakirə aparmağa məcbur olub. Səbrini, içini çəkərək, əsəblərinə min əziyyətlə hakim kəsilərək, “lənət sənə şeytan” – deyərək...

 

Heydər Əliyev ölümdən qorxmadığı üçün bütün sui-qəsdlərdən xilas olub. O, prezidentliyi özünə prioritet seçmədiyi üçün Prezident olub. Etiraf edirəm: bu sözlər Elçibəyə də aiddir. Onun da rəhbərliyə gəlişi Azadlıq hərəkatının üzərindən innersiya qaydasında reallaşıb. Komanda lənətə gəlmiş, idarəçilik bərbad olsa da Elçibəy öz şəxsi kişiliyini, ləyaqətini, cəsarətini heç vaxt itirməyib. Bəlkə də bu səbəbdəndir ki, məlum hakimiyyətin bütün uğursuzluğuna rəğmən Elçibəy haqda nifrinlə danışanlar yoxdur, o ən böyük hədəfinə çatıb, ən gözəl məzarlıqda rəhmətlə uyuyur.

 

Ümumən Prezidentlik mövzusunda istedad və bacarıq hər zaman məntiq, cəsarət və Tanrı himayəsinə uduzub. Düzdür, bu komponentlərin hamısı qoşalaşanda olursan – HEYDƏR ƏLİYEV. Amma olmayanda da nələrsə baş verir. Ayaz Mütəllibov belə anasının yasına gəlməyə “dux”u çatmayan Rəsul Quliyevdən fərqli olaraq övladının ağır xəstəlik xəbərini eşidər-eşitməz + həbsdən qorxmadan Moskva-Bakı bileti sifariş vermişdi. İndiyə qədər hər nə edib - etməyib - bu ayrı bir müzakirənin mövzusudur, amma demək ki, adam lazım olan anda cəsarət nümayiş etdirə bilirmiş və bəlkə elə onun da qısamüddətlik Prezidentliyinin məntiqi məlum kontekstdə cilalanıb... 

***

General Şahın Musayevin zirehli texnikası Heydər Əliyevi səfərdən gətirən təyyarəyə tuşlanıır. Bir tətik çəkimi yetərlidir ki, sui-qəsd reallaşsın. Amma hava anidən dəyişir və təyyarə məcburən Mərdəkan deyil, Buzovna üzərindən eniş etməli olur və beləcə təbiət Heydər Əliyevi ölümdən qurtarır! – Budur saf siyasətin məntiqi!

 

İki dəfə körpü, bir dəfə isə Gənclik metrosuna yaxın yolda partlayıcı qurğular quraşdırılır. Prezident korteji keçən məkanlarda. Hər dəfəsində ya 10 addım ya 10 dəqiqə qala kəşfiyyat məlumatı əldə edilir və möcüzə nəticəsində sui-qəsdlər reallaşmır – Budur, düz adamın həyatdakı sığortası!

 

Üç dəfə tribunada huşunu itirir, yıxılır. Şəxsi həkimlər, mühafizə xidməti səhnəyə çıxacağı halda 99 deyil, 100 faizlik ölüm halının baş verəcəyini qətiyyətlə bildirir, “Hərbçi, kursant qarşısına şux formada çıxmadan, onlara öz əzəmətimlə sağ ol demədən bu məkandan getmərəm, mən ölümdən qorxsam Heydər Əliyev olmaram!” - israrını bütün ətraf səngitməyə çalışır. Alınmır. O inadla qayıdır. Hər şeyi dediyindən də gözəl edir. Əcələ meydan oxuyur. Ölümü öldürür! Amma özü yaşayır – Budur cəsarətli siyasətin Tanrı tərəfindən cavabı!

 

Bacararmı bunu Əli Kərimli? Bacararmı bunu Cəmil Həsənli? Bacararmı bunu millətin lideri olmaq istəyən ixtiyari kimsə? Bacarmazlar. Şərəfimə and olsun, yalan deyirəmsə zatıma lənət olsun ki, bacarmazlar! Bacarsalar adımı dəyişib Gültəkin, soyadımı Hacıbəyli qoyaram! Bacarmazlar ki, bacarmazlar! 

 

Mən bu səbəbdən Heydər Əliyevçiyəm!

 

Bəzən deyirlər, İlham Əliyev rəhbərdi deyə Heydər Əliyev haqda xoş sözlər deyirsiz. Əsla! Əsla və əsla! Bilin və agah olun: Ən pis halda, ən arzulanmaz məqamda, ən fors-major durumda belə yüz və min hakimiyyət dəyişsin, fərq etməz, Heydər Əliyevin adını, yolunu, məzarını canı bahasına qoruyanların sayı heç vaxt tükənməyəcək. Onun ömrü Azərbaycanın ömrü qədərdir!

***

Ulu Öndər!

 

Bəlkə də bu həyatda tək insansan ki, SƏNİN timsalında o biri dünyanın, axirətin, ruhların varlığına inanmaq istəyirəm. Olsun o dünya. Olsun və bizi gör. SƏN siyasət Tanrımızsan, ləyaqət qibləmizsən, SƏN çox güclüsən. Yoxsa belə yarat o dünyanı, yarat öz axirətini. Riyakarların utanacağı, ləyaqətlilərin sevinəcəyi görüş imkanını tanı bizlərə. Lütfən.

Hər iki əmanətinə: dürüst Azərbaycançılıq yoluna və İlham Əliyevə sadiqik. Son nəfəsimizə qədər.

Rahat uyu.

SƏNi sevirik!

Görüşənə qədər...

Elşən Musayev, Milli Məclisin deputatı.


SON XƏBƏR
İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin
18.01.2019, 01:00

İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin

Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı müzakirə etdi
18.01.2019, 00:41

Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı müzakirə etdi

Bölgələrdə  14 dərəcəyədək şaxta müşahidə olunur
18.01.2019, 00:22

Bölgələrdə  14 dərəcəyədək şaxta müşahidə olunur

Son 10 ilin ən güclü partlayışı törədildi
18.01.2019, 00:15

Son 10 ilin ən güclü partlayışı törədildi

İŞİD-lə savaş bitməyib
17.01.2019, 23:48

İŞİD-lə savaş bitməyib

“20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır” - Gürcü politoloq
17.01.2019, 23:33

“20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır” - Gürcü politoloq

Bakıda külək gücləndi:  Pirallahıda 43 m/s
17.01.2019, 23:17

Bakıda külək gücləndi:  Pirallahıda 43 m/s

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO
17.01.2019, 22:57

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO

İtkin düşən kapitanın axtarışı dayandırıldı
17.01.2019, 22:45

İtkin düşən kapitanın axtarışı dayandırıldı

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi
17.01.2019, 22:30

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər
17.01.2019, 22:14

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”
17.01.2019, 21:59

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq
17.01.2019, 21:25

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”
17.01.2019, 21:08

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”

Benqal körfəzində güclü zəlzələ
17.01.2019, 20:57

Benqal körfəzində güclü zəlzələ

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq
17.01.2019, 20:44

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır
17.01.2019, 20:30

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb
17.01.2019, 20:16

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi
17.01.2019, 20:04

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi
17.01.2019, 20:02

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”
17.01.2019, 19:57

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”

Sumqayıtda güclü külək binanın damını apardı
17.01.2019, 19:52

Sumqayıtda güclü külək binanın damını apardı

Finlandiyada erməni təxribatının qarşısı alınıb
17.01.2019, 19:21

Finlandiyada erməni təxribatının qarşısı alınıb

Ağstafada 2018-ci ilin hesabatı verildi
17.01.2019, 18:55

Ağstafada 2018-ci ilin hesabatı verildi

Prezident bu qurumları ləğv etdi - SİYAHI
17.01.2019, 18:52

Prezident bu qurumları ləğv etdi - SİYAHI

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO
17.01.2019, 18:45

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı
17.01.2019, 18:27

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM
17.01.2019, 18:10

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM

Fərəh Əliyevadan TƏKLİF: “Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir”
17.01.2019, 18:01

Fərəh Əliyevadan TƏKLİF: Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir

“Böyük İpək Yolu” 20 yanvar faciəsini andı -  FOTOLAR
17.01.2019, 17:55

Böyük İpək Yolu 20 yanvar faciəsini andı -  FOTOLAR

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib   
17.01.2019, 17:50

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib  

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi
17.01.2019, 17:43

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır
17.01.2019, 17:40

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi
17.01.2019, 17:35

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi

Manat və dolların məzənnəsi dəyişdi?
17.01.2019, 17:16

Manat və dolların məzənnəsi dəyişdi?

Berluskoni siyasətə qayıdır
17.01.2019, 16:57

Berluskoni siyasətə qayıdır

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü   
17.01.2019, 16:56

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü  

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO
17.01.2019, 16:53

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI   
17.01.2019, 16:45

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI  

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək
17.01.2019, 16:25

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək

Huner Group-dan əla fürsət!
17.01.2019, 16:06

Huner Group-dan əla fürsət!

Məşhur idmançını öldürənlərə hökm oxundu
17.01.2019, 16:01

Məşhur idmançını öldürənlərə hökm oxundu

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”
17.01.2019, 15:40

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”

Azercell ilə rominqdə onlayn ol
17.01.2019, 15:34

Azercell ilə rominqdə onlayn ol

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır
17.01.2019, 15:32

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir
17.01.2019, 15:30

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb
17.01.2019, 15:28

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi
17.01.2019, 15:22

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb
17.01.2019, 15:21

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb

Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...   
17.01.2019, 15:04

Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...  

ARXİV