20 mart 2019, Çərşənbə
Ana Səhifə - Yazılar - Sovet dönəminin məqaləsi - Taleyimizdə izlər
Sovet dönəminin məqaləsi - Taleyimizdə izlər
27.01.2019, 20:40

Firuz Mustafa

İnsan nəslinin taleyindən keçən sınaqlar onsuz da əsrlər boyu bişib-bərkimiş möhkəm qənaətləri bir daha xatırlatmaqla bizi dönə-dönə fikirləşməyə, götür-qoy etməyə vadar edir. “Doğruya zaval yoxdur”. Ataların həmin müdrik kəlamı bu gün bir daha yada düşür. Üstünü toz basmış arxiv sənədləri, səhifələri didilmiş köhnə kitablar, təsvirləri vaxtın ilğımında yayğınlaşmış lentlər... bizi dünənə, keçmişə qaytarır. “Keçmiş” adlanan məfhum nəsə mücərrəd bir anlayış deyil: keçmiş – bizim mənəviyyatımız, taleyimiz, ömrümüz, əzab və sevincimizdir. Keçmiş – biz özümüzük.

Biz indi dərk edirik ki, neçə-neçə ömrü bada verən hiddətli, qəzəbli tiran ehtiraslarının zəncirini vaxtında dartmamaq kütləvi qırğında nəticələnmişdir. 30 və 50-ci illərin haqsız qurbanlarına neçə onillər keçəndən sonra bəraət verilir. Amma sonrakı illərin də əsassız yerə cəzalandırılmış “ovları” yox deyildir. Mətbuatda bu barədə kifayət qədər məlumata rast gəlirik. İnsan taleyinə soyuq, yad münasibət bəsləyən, öz nəfsi üçün minlərin, milyonların qanına yerikləyən cəlladların azğınlığına, tariximizə ləkə olan hegemonluğa, amirliyə qarşı kütləvi mübarizə elan etməyin vaxtı gəlib yetib.
Biz bir çox hallarda cari işlərimizin düzgün qura bilmirik. Xırda məsələləri nəhəng problemlər kimi qarşılayırıq. Və yaxud əksinə - böyük məsələlərə xırda iş kimi yanaşırıq. Elə götürək beynəlmiləl tərbiyə problemini. Bu sahədə həllini gözləyən problemlər böyükdür. Amma biz xalqlar dostluğu barədə çox vaxt ümumi mülahizələr söyləməklə kifayətlənirik. Məlum həqiqəti bir daha xatırlatmalı oluruq, vətənpərvərlik olmayan yerdə beynəlmiləlçilik də ola bilməz! Öz xalqının tarixini bilməyən şəxs qardaş və ya qeyri-qardaş millətlərin tarixinə də biganə qalacaq.

Son zamanlar mərkəzi mətbuatda çıxan yazılarda ayrı-ayrı müttəfiq respublikalarda yaşayan qardaş xalqların nümayəndələrinin tez-tez belə mülahizələri ilə qarşılaşırıq: biz ərazisində yaşadığımız, çiyin-çiyinə işlədiyimiz xalqın tarixini, dilini bilmirik. Haqlı iradlardır. Bu, o deməkdir ki, biz öz dilimizi, öz tariximizi təbliğ edə bilmirik və ya zəif təbliğ edirik. İş təkcə bununla bitmir. Əsl bəla budur ki, öz tariximizi biz özümüz də yaxşı bilmirik. Həm də nəinki qədim dövr tariximizi, lap son onilliklərlə bağlı olan tariximizi. Belə bir misal. Biz 30-cu illər “əməliyyatının”, “təmizlənməsinin” səbəb və nəticələrini bilirikmi?

SSRİ EA-nın müxbir üzvü, görkəmli sovet tarixçisi Y.Polyakov “Literaturnaya qazeta”nın müxbiri ilə müsahibəsində tarix dərsliklərinin nöqsanları barədə danışarkən qeyd etmişdi ki, bir sıra müəlliflər tarixə sübyektiv nöqteyi-nəzərdən qiymət verməyə çalışırlar. Elə bunun nəticəsidir ki, 30-50-ci illərin dərsliklərində Stalin idealizə olunmuş, sonralar – durğunluq illərində Brejnevin Kiçik torpaqdakı fəaliyyəti barədə çoxlu elmi-publisistik məqalələr yazılmış, hamçinin Çernenkonun müharibə dövr fəaliyyəti şişirdilmişmiş və bu, öz əksini “Böyük Vətən müharibəsi” ensiklopediyasının 2-ci nəşrində tapmışdır.

Latviyada yaşayan qocaman müəllim V.Svirski “İzvestiya” qəzetində “Tarix susur” adlı yazı ilə çıxış edərək göstərir ki, 18-ci Ordunun siyasi rəhbəri haqda tarix dərsliklərində belə yazılır: “Alman-faşist işğalçılarına qarşı, Novosibirsk uğrunda gedən vuruşmalardakı böyük xidmətlərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Özlüyündə hər iki fakt doğrudur. Novosibirsk uğrunda döyüşlər olub. Siyasi rəhbər Qızıl Ulduz alıb. Amma nə vaxt? Müharibədən 21 il sonra”.

Tarix bəzək-düzəyi, yalanı sevmir. Onsuz da bu yalanlar müəyyən vaxt keçəndən sonra öz dəqiq qiymətini alır. Amma bizim tariximizlə hələ də qeyri-dəqiq mülahizələr, üstüpərdəli anlar qalmaqdadır. Məsələn, tarix dərsliklərində qeyd olunur ki, XX və XXI qurultaylarda şəxsiyyətə pərəstiş kəskin tənqid olunmuşdur. Bir sıra nöqsanlar üzə çıxarılmış. Beriya, Bağırov xətti ifşa olunmuşdur və s. Bəs həmin nöqsanlar hansılardır? Bu barədə söhbət açılmır...

Azərbaycan xalqının tarixi göydəndüşmə, göydən təcrid olunmuş, mücərrəd bir tarix deyildir. Bu tarixin kökü, qaynaqları budaqları var. Bizim xalqımızın tarixi digər qonşu xalqların – gürcü, erməni, Dağıstan xalqlarının tarixi ilə qırılmaz surətdə bağlıdır. Amma təəssüf hissi ilə qeyd etməliyik ki, qonşularımızın bəzi tədqiqatçıları bir çox hallarda bizim tarixi dostluğumuzu təhrif etməyə çalışır, özlərindən qondarma tarix uydururlar. Bu cür saxta, qondarma tarix heç kəs üçün gərəkli deyildir. Ayrı-ayrı vaxtlarda bizim ədəbiyyat, dil, mədəniyyət tariximizlə bağlı çoxlu uydurmalar yazılıb.
Yaxud, Yerevanda “26 komissar” rayonu var. Bu nə deməkdir? Axı 26 Bakı komissarının adı dünyada məşhurdur. Bəlkə 26 komissarın Bakıda fəaliyyət göstərdiyi unudulmuşdur?

Bir neçə kəlmə də tarixi şəxsiyyətlərin adı ilə bağlı olan yer adları haqqında.

Yəqin ki, bizim respublikamız və onun paytaxtı Bakı şəhəri ayrı-ayrı şəxslərin adını özündə əbədiləşdirən yerlər sırasında öz yeknəsəqliyi ilə birinci sırada dayana bilər.

...1932-ci ildə Aleksey Maksimoviçin özünün kəskin etirazına baxmayaraq Nijni Novqorod şəhərinin adı dəyişdirilib Qorki adlandırılırdı. Təkcə Moskvada Qorkinin adını daşıyan küçə, döngə, sahil, metro stansiyası, mədəniyyət parkı, ədəbiyyat institutu, Dünya ədəbiyyatı institutu, Bədaye teatrı, kinostudiya, MDU-nun kitabxanası, 6 kitabxana və s. və i.a. mövcuddur. Bu “bolluğa” ehtiyac varmı? – həmin fikrin müəllifi SSRİ xalq artisti N.Boqoslovskidir (Bax. “Literaturnaya qazeta”, 19 avqust 1987).

Moskvadakı prospektə öz köhnə adını qaytarıb yenisinə Marksın adını versək, bu təhqiramiz hesab edilə bilməz. Qjatska öz köhnə adını qaytarıb Ulduz şəhərciyinə Qaqarinin adını qoysaq Qaqarinin xatirəsinə bundan yaxşı ehtiram heç nə ola bilməz. Bu da mənim fikrim deyil, hərçənd ki, söylənilən fikrə mən də şərikəm. Məqalənin müəllifi görkəmli rus jurnalisti V.Peskovdur (Bax: “Komsomolskaya pravda” 17 yanvar 1988-ci il).

Azərbaycan xalqının tarixi taleyində S.M.Kirovun xidmətləri böyükdür. Xalqımız paytaxtın ən uca yerində ona nəhəng heykəl qoymuşdur. Respublikamızda mətin inqilabçının adını daşıyan onlarca kitabxana, kolxoz, sovxoz, məktəb, fabrik, zavod vardır. Bakının böyük rayonlarından biri Kirovun adını yaşadır. Bizcə qədim Gəncə şəhərinin Kirovabad adlandırılmasına heç bir ehtiyac yox idi. Bakıda üç ali məktəb – dövlət universiteti, bədən tərbiyəsi institutu və ali hərbi dənizçilik məktəbi də Kirovun adınadır. Yəqin ki, belə “adqoyma mərasimlərinin” təntənəsinə çox təvazökar insan olan Sergey Mironoviçin özü də istehza edərdi. Yeri gəlmişkən qeyd edək ki, “İzvestiya” qəzetinin bu il 27 mart tarixli nömrəsində də bu barədə yazılmışdı.

Bakı komissarı Stepan Şaumyanın adına həm kənd, həm də şəhər rayonu vardır. Bundan başqa Azərbaycan ərazisindəki vilayət mərkəzi də (keçmiş Xankəndi) onun şərəfinə Stepanakert adlandırılıb. Doğrudanmı bu rayonları başqa cür adlandırmaq olmazdı? Şaumyanın dostu və silahdaşı Məşədi Əzizbəyovun adını daşıyan müəssisə və yerlərin də sayı “ağzınacan doludur”. Məgər Dram Teatrının Əzizbəyovun inqilabi fəaliyyəti ilə əlaqəsi belə möhkəm olmuşdur? Bizcə teatra ilk Azərbaycan dramaturqu M.F.Axundovun və ya böyük sovet dramaturqu C.Cabbarlıının adının verilməsi daha məqsədəuyğundur. Söylədiyimiz mülahizələrdə heç bir “qaranlıq” nöqtə yoxdur. Bizim xalqımızın həyatı və taleyi Kirov, Şaumyan, Əzizbəyov kimi görkəmli inqilabçıların həyatı və fəaliyyəti ilə sıx bağlı olmuşdur. Onların adı və işi əbədidir. Bizim söhbətimiz ad “bolluğundan” ünvan eyniliyindən gedir. Bu barədə düşünməyə dəyər...

Açıq etiraf etməliyik ki, bizdə aşkarlıq və demokratiya haqqında hələ də çoxlu mücərrəd, əsassız... gurultulu sözlər deyilir. Həyatımızın bir çox sahələrində adamların qanına, iliyinə işləyən naqis vərdişlər barədə danışmaq istəmirik. Qulağımızın dibində baş verən hadisələr barədə əsasən Moskva mətbuatı vasitəsilə xəbər tuturuq. Haqsız tutulan, işdən qovulan adamlar barədə söz deməyə ehtiyat edirik. Elə haqlı olaraq cəzalandırılanlar barədə də söhbət açmırıq.

Biz 37-ci il hadisələri barədə də qəzəblə susmağı üstün tutmuşuq. Beş-üç nəfər haqsız qurbanın adını çəkməklə kifayətlənirik. Bəs bu kəshakəs, vurhavur, qovhaqov tufanının səbəbkarı kimlər olub? Biz onlar haqqında da söhbət açmalı, öz səhvlərimizi etiraf etməliyik. O səhvlərin bir daha təkrar olunmasına yol verməməliyik.

Amma... yol veririk. Özü də lap bu gün. Hələ də “Şamxor məsələsi”, “Qasım İsmayılov işi” barədə söz-söhbət gəzir. Adamlar kütləvi şəkildə tutulur. “Kütləvi oğurluq”, “kütləvi rüşvət”, “kütləvi soyğunçuluq”. Doğurdanmı kütlə bu qədər günahkardır? Yüzlərcə, minlərcə adamın haqsız yerə ləkələnməsinə nə üçün dözməliyik? Xalqı güdaza vermək kimə sərfəlidir? Yüksək vəzifəlin şəxslər öz təqsirlərini sadə əmək adamlarının üstünə yıxanda xalqda hansı inam hissi qala bilər?!

Yenidənqurma inqilabi prosesdir. Bu proses bizim şüurumuza, psixologiyanıza, dünyagörüşümüzə işləməlidir. Yenə də səhvlərimiz ola bilər. Bu, təbiidi. İnkişafın əsasında ziddiyyət dayanır. Biz ziddiyyətlərin həlli zamanı faciəvi və “asan” yol seçməyə çalışmamalıyıq. Biz çox şeyə şərikik – günaha da, haqqa da... Lakin böyük səhv və günahlarımız bizi bədbinlik uçurumuna yuvarlamamalı, həyat eşqimizi, zəhmətin, əməyin əzəli və əbədiliyinə olan inam və rəğbətimizi azaltmamalıdır. Zamanəmizin böyük yazıçısı Ç.Aytmatov “Pravda” qəzetində (12 fevral 1988-ci il) çap olunmuş “Yenidənqurma, aşkarlıq – sağm qalmaq ağacıdır” məqaləsində yazır: “Həyat elə bil ki, yenidən geri dönmüş və xalqın sədası onun güzgüsünə çevrilmişdir. Bu saat praktik olaraq elə adam yoxdur ki, partiyanın ölkəni uzun sürən söz və iş böhranından xilas etmək üçün apardığı böyük proseslə bu və ya digər dərəcədə bağlı olmasın. Aşkarlıq səfərbəredici funksiyadan başqa, ədalətsiz varlığın bataqlıq künclərində təmizləyici “sanitar” xidməti vəzifəsini də öz üzərinə götürmüşdür”.
Bu, tarixə və tarixi hadisələrə münasibətdə də özünü göstərməlidir.

 “AZƏRBAYCAN GƏNCLƏRİ” qəzeti, 12 may 1988-ci il


SON XƏBƏR
Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır
20.03.2019, 11:32

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir
20.03.2019, 11:24

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   
20.03.2019, 11:20

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
20.03.2019, 10:43

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”
20.03.2019, 10:18

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək
20.03.2019, 10:16

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO
20.03.2019, 10:08

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO

Ermənilər cəbhədə təxribatlara davam edir
20.03.2019, 09:49

Ermənilər cəbhədə təxribatlara davam edir

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu
20.03.2019, 09:20

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
20.03.2019, 09:09

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

20.03.2019, 00:25

"Azərpoçt" bayram günlərində də işləyəcək

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
20.03.2019, 00:07

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir
19.03.2019, 23:57

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Azərbaycan nefti bahalaşıb
19.03.2019, 23:42

Azərbaycan nefti bahalaşıb

Bakı sakini özünü 8-ci mərtəbədən atdı
19.03.2019, 23:29

Bakı sakini özünü 8-ci mərtəbədən atdı

Sərnişin təyyarəsində yanğın
19.03.2019, 23:12

Sərnişin təyyarəsində yanğın

Türkiyədə Koroğluya abidə ucaldıldı
19.03.2019, 22:55

Türkiyədə Koroğluya abidə ucaldıldı

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi
19.03.2019, 22:36

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Bayramlaşma...
19.03.2019, 22:35

Bayramlaşma...

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb
19.03.2019, 22:24

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb

Zurabişvili azərbaycanlıların kəndinə gəldi
19.03.2019, 22:07

Zurabişvili azərbaycanlıların kəndinə gəldi

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO
19.03.2019, 21:51

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı
19.03.2019, 21:34

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”
19.03.2019, 21:19

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu
19.03.2019, 21:05

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb
19.03.2019, 20:51

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb

“BMW”dən Türk dili qadağası
19.03.2019, 20:33

“BMW”dən Türk dili qadağası

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev
19.03.2019, 20:16

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev

Nazir sosial sığınacağındakı Novruz şənliyində
19.03.2019, 20:03

Nazir sosial sığınacağındakı Novruz şənliyində

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO
19.03.2019, 19:48

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO

Bakıda "bomj" yol kənarında öldü
19.03.2019, 19:34

Bakıda "bomj" yol kənarında öldü

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib
19.03.2019, 19:21

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı
19.03.2019, 19:09

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019, 18:48

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib
19.03.2019, 18:41

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi
19.03.2019, 18:36

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı
19.03.2019, 18:25

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı

Efiopiyada terror – 5 nəfər öldü
19.03.2019, 18:05

Efiopiyada terror – 5 nəfər öldü

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı
19.03.2019, 17:54

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var
19.03.2019, 17:48

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı
19.03.2019, 17:45

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı

Prezident daha bir publik hüquqi şəxs yaratdı
19.03.2019, 17:40

Prezident daha bir publik hüquqi şəxs yaratdı

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR
19.03.2019, 17:31

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı   
19.03.2019, 17:24

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı  

ARXİV