Modern.az

Sarkisyan Qarabağa gəlib Lələ təpəyə baxdı... - VİDEO

Sarkisyan Qarabağa gəlib Lələ təpəyə baxdı... - VİDEO

Aktual

22 İyun 2016, 22:55

Qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərinə gələn Ermənistan prezidenti Serj Sarkisyanın cəbhənin hansı istiqamətinə səfər etdiyi məlum olub. Modern.az saytı xəbər verir ki, Sarkisyan əvvəlcə Xankəndinə gedərək burada separatçı rejimin "rəhbərliyi" ilə görüşüb. Sonra cəbhənin cənub istiqamətinə gəlib. O, cəbhə xəttində hərbçilərlə müşavirə də keçirib.

Məlumata görə, Sarkisyan "aprel döyüşləri"nin getdiyi bölgəyə - Azərbaycanın Cəbrail və Füzuli rayonları istiqamətinə baş çəkib. İşğalçı prezidenti çox sayda hərbçi müşaiyət edib.

Sarkisyan Cəbrayıl rayonu ərazisində ordumuzun işğaldan azad etdiyi Lələ təpəyə uzaqdan baxıb, ərazini müşahidə edib...

Serj Sarkisyanın bu gün də Qarabağ ərazisində bəzi tədbirlərdə iştirak edəcəyi gözlənilir. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü