Modern.az

Qazaxda sərhədin demarkasiyası texniki cəhətdən başa çatdı

Qazaxda sərhədin demarkasiyası texniki cəhətdən başa çatdı

26 Aprel 2024, 17:54

“Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayəti ilə Qazax rayonu ərazisindəki hissəsində delimitasiya prosesi texniki nöqteyi-nəzərdən başa çatıb".

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Parlamenti Müdafiə Komitəsinin sədri Armen Xaçatryan açıqlayıb.

 

"Texniki cəhətdən tamamlanıb, bu o deməkdir ki, Almatı bəyannaməsinə əsasən Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissə qeydə alınıb və bir daha təsdiqlənib. Başqa sözlə, bu sütunlar Sovet Ermənistanı və Sovet Azərbaycanının sərhəd-keçid məntəqələrində quraşdırılıb", - Xaçatryan qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək