Modern.az

Türkiyə ilə Rusiyanı Azərbaycan BARIŞDIRIB

Türkiyə ilə Rusiyanı Azərbaycan BARIŞDIRIB

28 İyun 2016, 13:30

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, baş nazir Binali Yıldırım Ankara ilə Moskva arasında normallaşan münasibətlərdən danışıb.

 

Modern.az saytının məlumatına görə, AKP-nin qrup toplantısında çıxış edən Binali Yıldırım  Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında göstərdiyi səylərə görə Azərbaycana təşəkkür edib.

 

“Münasibətlərimizdəki geriləməni düzəltmək üçün konstruktiv mövqe sərgilədik. İki lider arasında davam edən dolayısı təmaslar nəhayət cavab tapdı.

 

Türkiyə ilə Rusiya arasındakı buzların əriməsi təmin olundu. Biz qardaşlarımız Qazaxıstan və Azərbaycana bu məsələdə göstərdikləri gərgin səylər üçün minnətdarlıq edirik”.

 

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır