Modern.az

Putinin hərbi blokundan Qarabağ BƏYANATI

Putinin hərbi blokundan Qarabağ BƏYANATI

Qarabağ

4 İyul 2016, 17:49

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr Dağlıq Qarabağla bağlı bəyanat veriblər.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hərbi alyansa üzv ölkələr mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda prezidentlər arasında əldə olunmuş razılıqları dəstəklədiklərini ifadə ediblər.

 

“Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini dəstəkləməklə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinə tam dəstəyimizi ifadə edirik”.

 

Xatırladaq ki, Dağlıq Qarabağ ərazisində Azərbaycan və Ermənistan qoşunları arasında aprelin 2-dən 5-nə qədər qanlı döyüşlər gedib.

 

Vüqar İsmayılov

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır