Modern.az

ANAMA-dan yeni HESABAT: 3 partlayış...

ANAMA-dan yeni HESABAT: 3 partlayış...

Aktual

22 İyul 2016, 15:04

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) 22 iyulda Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.

 

Agentlikdən Modern.az saytına verilən məlumata görə, Ağdam rayonu, Zəngişalı kəndi – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 100 kv.m ərazi yoxlanılıb.

 

Cəmi 3 əkin sahəsi, 3 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 100 kv. m ərazi yoxlanılıb.

 

Hesabatda bildirilib ki, Tərtər rayonu, Həsənqaya kəndində 1 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.

 

Cəmi 1 ev və həyatyanı sahə, 4 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.

 

İyulun 22-də 1 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 7 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 10 100 kv. m ərazi yoxlanılıb.

 

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 22 iyul tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 629 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 594 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı