Modern.az

COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü - FOTO

COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü - FOTO

COP29

26 Aprel 2024, 11:29

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbər heyəti Almaniyanın paytaxtı Berlində İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

 

“XV Petersberq İqlim Dialoqunun ikinci günündə COP29-un rəhbər heyəti Bakıda keçiriləcək tədbirin planlarını müzakirə etmək üçün İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera ilə görüş keçirib”, - paylaşımda qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi