Modern.az

Prokurorluq Fətullah Gülənə görə məhkəməyə müraciət etdi

Prokurorluq Fətullah Gülənə görə məhkəməyə müraciət etdi

Aktual

22 İyul 2016, 16:51

Türkiyəndə fətullahçılarla bağlı ölkənin Baş Prokurorluğunun hazırladığı ittiham aktı məhkəmə tərəfindən qəbul edilib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

15 iyul hərbi çevrilişə cəhd edənlərlə bağlı ittiham aktını Ankara 4-cü Ağır Cəza Məhkəməsində qəbul olunub.

 

İttiham aktında cinayət işi üzrə şübhəli şəxs qismində 73 nəfərin adı var.

 

Siyahıda “Hizmət” təşkilatının sədri, hazırda ABŞ-da yaşayan Fətullah Gülən də yer alıb.

 

Məhkəmənin ilk hazırlıq iclası bu ilin noyabrın 22-25-də keçiriləcəyi gözlənilir.

 

Ağa AKİFOĞLU

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir