Modern.az

“Münhendə ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə məlumat yoxdur”

“Münhendə ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə məlumat yoxdur”

Aktual

23 İyul 2016, 10:26

“Münhendə baş verən atışma zamanı ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə məlumat yoxdur”.

 

Bu haqda Modern.az saytına Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

O qeyd edib ki, hazırda Azərbaycanın Almaniyadakı səfirliyi bu istiqamətdə araşdırmalara başlayıb:

“Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.

 

İyulun 22-də baş verən hadisə zamanı 9 nəfər ölüb, 21 nəfər yaralanıb. Qətliamı törədənin milliyətcə iranlı, 18 yaşlı gənc olduğu bildirilir.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı