Modern.az

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin açıqlanacağı TARİX

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin açıqlanacağı TARİX

Aktual

25 İyul 2016, 09:48

II və III ixtisas qrupları üzrə ali məktəblərə keçirilmiş qəbul imtahanları nəticələrinin açıqlanacağı vaxt bəlli olub.

 

Modern.az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən II və III ixtisas qrupları üzrə ali məktəblərə iyulun 23-də keçirilmiş qəbul imtahanlarının nəticələri yaxın iki gün ərzində açıqlanacaq.

 

Artıq imtahan keçirilən gün, yəni iyulun 23-də II və III ixtisas qrupları üzrə ali məktəblərə keçirilmiş qəbul imtahanlarının ilkin yoxlanışı “Space” telekanalının Abituriyent verilişində yayımlanıb.

 

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə ali məktəblərə imtahanlarında 29196 abituriyentin iştirak edib. Onlardan 16197 abituriyent II qrup üzrə, 12999 abituriyent III qrup üzrə imtahan verib.

 

İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılıb.

 

Abituriyentlərdən 26346 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 14340, III qrup üzrə 12006 nəfər), 2850 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993 nəfər) məzunudur. Abituriyentlərin 13391 nəfəri oğlanlar (II qrup üzrə 10110 nəfər, III qrup üzrə 3281 nəfər), 15805 nəfəri isə qızlardır (II qrup üzrə 6087 nəfər, III qrup üzrə 9718 nəfər). 28069 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 1117 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.

 

198 abituriyent xarici ölkələrin vətəndaşıdır.  Ən yaşlı abituriyent 1976-cı ildən, ən gənci isə 2001-ci ildəndir.

 

İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi iştirak edib. 

 

Ağa AKİFOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır