Modern.az

“Şeş-Beş” restoranının sahibi sürücüsünün edamına şahid olub

“Şeş-Beş” restoranının sahibi sürücüsünün edamına şahid olub

Aktual

27 İyul 2016, 21:24

Moskvada Azərbaycan vətəndaşı Qeys Məmmədova məxsus “Şeş-beş” restoranlar şəbəkəsinin sahibinin sürücüsünün qətli ilə bağlı daha bir təfərrüat ortaya çıxıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, ilkin versiyaya görə, Osetin icmasının keçmiş rəhbəri Valeri Kabolov sürücünü birbaşa Qeys Məmmədovun gözləri qarşısında öldürüb.

Məlumatda qeyd edilir ki, beləliklə, onlar Moskvanın mərkəzindəki binanı geri qaytarmayacaqsa, biznesmenin taleyinin necə olacağını nümayiş etdirmək qərarına gəlib. Qeys Məmmədovun sürücüsü Anzor T. onun yanında, Kutuzov prospektindəki mənzildə öldürülüb. Bura biznesmeni və onun sürücüsünü Valeri Kabolovun oğlanları – qətldə iştirakçı olan İnal və Vladimir aldadaraq gətiriblər.

Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, İnal və Vladimir Qeys Məmmədovu Anzorun kirayə qaldığı mənzilə dəvət edərkən maliyyə məsələsi olduğunu deyiblər. Evdə onları Valeri Kabolov əvvəlcədən hazırladığı yataq torbası, ip və hantellə gözləyib. O, sürücünü Məmmədovun gözü qarşısında öldürməyi də qabaqcadan planlaşdırıb.

Valeri Kabolov tapança ilə bəxtsiz sürücünün boynunun ardına atəş açıb və “Şeş-beş” restoranının sahibini mübahisəli mülkiyyətdən imtina etməyəcəyi təqdirdədə analoji tale gözlədiyi ilə hədələyib.

Anzoru öldürdükdən sonra ayaqlarını bağlayaraq yataq torbasına qoyublar. Kabolovun oğlanları meyiti çaya atıblar. Bu cinayəti törədən ata və iki oğlu artıq həbs olunublar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir