Modern.az

Qaradağda evlərdən oğurluq edən 3 nəfər saxlanıldı

Qaradağda evlərdən oğurluq edən 3 nəfər saxlanıldı

Aktual

28 İyul 2016, 13:41

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Sahil qəsəbəsində yaşayan Vilayət Əliyevin evindən oğurluğa cəhd göstərmiş həmyerliləri Elgün Quliyev və Kamran Zərbəliyev tutulub.

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

Qeyd olunub ki, ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Zalxa Quliyevaya məxsus evdən qızıl əşyalar, Ülvi Mehdiyevin evindən 6900 manat dəyərində qızıl əşyalar oğurlamaları, Səfa Məmmədovanın mənzilindən oğurluğa cəhd göstərmələri və həmçinin E.Quliyevin Samir Cabbarova məxsus evdən 200 manat və 900 ABŞ dolları, habelə 20000 manat dəyərində qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır