Modern.az

Türkiyədə 750-dən çox hərbçi AZADLIQDA

Türkiyədə 750-dən çox hərbçi AZADLIQDA

Aktual

30 İyul 2016, 15:49

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs olunan hərbçilərin bir hissəsi bu gün azadlığa buraxılıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata görə, bu gün İstanbul məhkəməsi Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etməkdə şübhəli bilinərək həbs olunan 758 hərbçinin azad olunması barədə qərar çıxarıb.

 

Məhkəmə azadlığa çıxma qərarını istintaqı aparan prokurorluq orqanlarının təqdimatına əsasən verib.

 

Xatırladaq ki, ümumilikdə həbs olunan hərbçilərdən 989 nəfəri istintaqa  ifadə verib. Onlardan 231-i isə hələ də həbsdədir.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır