Modern.az

Bankı partlatmaqla hədələyən erməni təslim oldu - Yenilənib

Bankı partlatmaqla hədələyən erməni təslim oldu - Yenilənib

Dünya

24 Avqust 2016, 23:26

55 yaşlı müflis olmuş biznesmen Aram Petrosyan polisə təslim olub. O, üç saatdan çox bank işçilərini girovluqda saxlayaraq binanı partladacağı ilə hədələyirdi.

Məlum olub ki, onun əlində tutuduğu da bomba deyilmiş. Nəticədə, nə girovlar, nə onunla danışıq aparanlar, nə də qanun keşikçiləri arasında heç kəs xəsarət almayıb.

 

21:42

 

Moskvada bankı partlatmaqla hədələyən ermənidir. Modern.az saytı xəbər verir ki, son anda verilən məlumata görə, bankı partlatmaqla hədələyən erməni Aram Petrosyandır. 55 yaşlı kişi deyib ki, onun məqsədi bankı qarət etmək yox, sadəcə, ələ keçirməkdir.

Bu dəqiqəyə olan digər məlumata görə, o, bankın işçilərindən bir neçəsini girovluqdan buraxıb.

Rusiyanın daxili işlər naziri Vldimir Kolokoltsev də hadisə yerinə gəlib.

 

20:24

 

Moskvada polis “Sitibank”ın Böyük Nikitski küçəsindəki şöbəsini partlatmaqla hədələyən kişi ilə danışıqlar aparır. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, cinayətkarın əlindəki qutudan çıxan naqillər görünür.

Kişinin heç bir tələb irəli sürmədiyi bildirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı