Modern.az

Moskvada banka hücum edən erməni 5 il həbsdə yatıb

Moskvada banka hücum edən erməni 5 il həbsdə yatıb

Dünya

25 Avqust 2016, 21:07

Avqustun 24-də Moskvadakı “Sitibank”ın filiallarından birini partladacağı ilə hədələyən Aram Petrosyanın dostu Valeri Maronqazyan onunla bağlı maraqlı açıqlama verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onun sözlərinə görə, Aram qanunsuz silah gədirdiyinə görə Yerevanda 5 il həbsxanada yatıb.

“O, iri iş adamı olub. Ancaq biznesini hakimiyyətlə bölüşmədiyinə görə yerində oturdulub. Petrosanın sözlərinə görə, ona silah atıblar və qanunsuz silah gəzdirdiyinə görə həbsxanaya atıblar. Bir sözlə, onun biznesini əlindən alıblar – bütün zavodları – tikinti materiallar, avtomobil hissələri – hər şeyini alıblar" -, Maronqazyan deyib.

Aram Petrosyan azadlığa çıxanda dərhal Ermənistanı tərk edərək Rusiya gedib, Moskvada dayanıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı