Modern.az

Nazirlik daha 4 vətəndaşın ölkədən çıxışına qadağa qoyub - SƏBƏB

Nazirlik daha 4 vətəndaşın ölkədən çıxışına qadağa qoyub - SƏBƏB

30 Avqust 2016, 12:16

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin adını açıqlayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, daha dörd nəfərin ölkədən çıxışı məhdudlaşdırılıb. Xatırladaq ki, nazirlik avqustun 23-də vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayının 308 olduğunu açıqlamışdı.

 

Nazirlik eyni zamanda vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin də siyahısı dərc edib. Yeni siyahıya daha 10 icra orqanın rəhbərinin adı daxil edilib.

 

Xatırladaq ki, 23 avqust tarixinə vergi borcu olduğuna görə 400 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

 

 

Tam siyahı ilə linkdə tanış ola bilərsiniz:

//www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf

//www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir