Modern.az

Nənə nəvə doğdu - FOTOLAR

Nənə nəvə doğdu - FOTOLAR

Aktual

30 Avqust 2016, 17:49

46 yaşlı Tereza Hosenhaus adlı qadın leykoz (qan xərçəngi) diaqnozu qoyulan qızının körpəsini dünyaya gətirib.

 

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı Alisiya Hosenhausa 4 yaşında leykoz (qan xərçəngi) diaqnozu qoyulub.

 

Alisiyanın xəstəliyi müəyyən müddət sağalsa da, 9 yaşında onun vəziyyəti  yenidən daha da pisləşib. Uzun şüa müalicələrindən sonra  həkimlər ona uşaq sahibi ola bilməyəcəyini deyib.

 

Buna baxmayaraq, Alisiya 23 yaşında hamilə qalıb, ancaq körpəsi 15 həftəyə qədər yaşayıb. Həkimlər ona körpənin uşaqlıqda çox qala bilməyəcəyini deyib. Çıxış yolu kimi onlar qadına daşıyıcı ana tapmağı təklif edib. Bu zaman Alisiyanın 46 yaşlı anası surroqat ana olmağa razı olub.

 

46 yaşlı qadın qızının belə bir təklifi qəbul etməyəcəyini və hamilə qalmaq üçün yaşlı olduğunu düşünüb.  Daha əvvəl 2 dəfə qızını itirmək həddinə gəlib.

 

Lakin sonda qızının razılığı ilə onun xoşbəxtliyi naminə bu addımı atıb. Nənə Tereza verdiyi müsahibə zamanı “onu xoşbəxt görmək hər şeyə dəyər” sözlərini deyib.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır