Modern.az

Əsgərlər arasında kütləvi dava

Əsgərlər arasında kütləvi dava

Dünya

31 Avqust 2016, 01:02

Türkiyənin Karabük vilayətinin Safranbolu rayonunda jandarm alayında əsgərlər arasında kütləvi dava baş verib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, kütləvi dava alayın yeməkxanasında baş verib. Belə ki, 30 əsgər arasında yaranmış mübahisə sonradan kütləvi davaya çevrilib.

Vəziyyətin daha da ciddiləşdiyini görən növbətçi gizir havaya atəş açmaqla onlardan sakitləşmələrini tələb edib.

Kütləvi dava zamanı 1-i ağır olmaqla 10 əsgər yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı