Modern.az

Qobustanda maşın xəndəyə aşdı, sürücü öldü

Qobustanda maşın xəndəyə aşdı, sürücü öldü

Aktual

2 Sentyabr 2016, 11:27

Bakı-Şamaxı yolunda “VAZ" markalı minik avtomobilinin yolun kənarında qazılmış xəndəyə aşması nəticəsində 1 nəfər ölüb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə Qobustan rayonu ərazisində,  Bakı-Şamaxı yolunun 100-cü kilometrliyində qeydə alınıb.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

 

 Əməliyyat saat 01:40-da başa çatmışdır.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır