Modern.az

Piyadaların ölümü ilə nəticələnən 2 qəza baş verib

Piyadaların ölümü ilə nəticələnən 2 qəza baş verib

Aktual

2 Sentyabr 2016, 11:37

Ölkə ərazisində piyada vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu haqda Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilnən məlumatda bildirilib.

 

Məlumata görə, sentyabrın 1-də saat 23 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Murad Əliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Fariz Həsənovu vurub.

 

Piyada hadisə yerində ölüb.

 

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

 

Digər hadisə sentyabrın 2-də saat 01 radələrində Şirvan şəhərində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Füzuli Nəcəfov vurulub və o, xəstəxanaya yerləşdirilib.

 

Şirvan RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır