Modern.az

Xırdalandakı yanğında bir nəfər xəsarət alıb

Xırdalandakı yanğında bir nəfər xəsarət alıb

Aktual

4 Sentyabr 2016, 21:03

Bu gün Abşeron rayonu, Xırdalan şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus, ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və dam örtüyü 70 m² sahədə yanıb.

 

Məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır