Modern.az

İlham Əliyev Litva Seyminin sədrini qəbul edib

İlham Əliyev Litva Seyminin sədrini qəbul edib

Təhsil

8 Fevral 2011, 17:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. (AzərTAc).
İki ölkə arasında siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev iqtisadi əlaqələrin genişlənməsi üçün də yaxşı perspektivlərin olduğunu söyləyib. Parlamentlərarası əlaqələrin önəmini vurğulayan dövlət başçısı ölkələrimizin Avropa Parlamenti, Avropa Şurası, ATƏT və NATO-nun parlament assambleyaları kimi müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq təcrübəsinə malik olduğunu xatırladıb və bu əməkdaşlığın artıq ənənəvi xarakter daşıdığını bildirib.
Prezident İlham Əliyevin Litva Seyminin sədri xanım İrena Dequtienenin ölkəmizə səfərinin bu sahədə əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini söyləyib.
Litva Seyminin sədri xanım İrena Dequtiene Azərbaycana səfərindən və ölkəmizlə yaxından tanış olmaq imkanı qazanmasından məmnunluğunu bildirib. O, ölkəsini təmsil edən şirkətlərin Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcəyini xatırladaraq, bu tədbirin müxtəlif sahələrdə əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan xanım İrena Dequtiene Litvanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı