Modern.az

Parlament sədrinin cəsarəti və üzr istəmək mədəniyyəti...

Parlament sədrinin cəsarəti və üzr istəmək mədəniyyəti...

8 Sentyabr 2016, 12:22

Sabir Rüstəmxanlı


Dünya gör-görür dünyasıdır. Bu gün alman televiziyalarının yaydığı bir görüntüyə baxdım, ləzzət verdi və alman xalqına sayğım bir az da artdı.
Almaniyada və bütün dünyada yetərincə hörməti və nüfuzu olan, 3-cü dəfə hökumət başçısı seçilməyə hazırlaşan Almaniya kansleri Angela Merkel bu görüntüdə ölkəsinin sıravi bir vətəndaşı olaraq, palament qaydalarına uymaq mədəniyyətini nümayiş etdirdi.

Almanmaniya parlamentinin yığıncağında bir qadın deputata söz verildi və o, kürsüdən nitqinə başladı. Bu vaxt, görünür, Merkel nə isə xatırladı və bunu yubatmadan salonda oturan vəkillərdən birinə çatdırmaq istədi. Qalxıb yiğıncaq salonunun ilk sırasında oturmuş birisinə yaxınlaşdı və onunla hündürdən nəyisə müzakirə etməyə başladı.

Bu, təbii ki, hər kəsin diqqətini cəlb etdi. Parlamentin sədri Merkelə irad tutdu, iclasın gedişinə mane olduğunu bildirdi və onu arxa sıraya göndərdi: yəni “çox təcili , vacib sözün varsa keç, arxa sırada otur, lazım olan adamı dəvət elə, başqalarına mane olmadan, sözünü orda de!”.

Merkel nəzakətlə parlament sədrinə doğru çevrildi, üzr istədi, arxa sıraya keçdi... Parlament sədrinin CƏSARƏTİ və kanslerin ÜZR İSTƏMƏK mədəniyyəti...

Şərqdən baxanda təəccüblü görünür. Ancaq Almaniyada və yəqin ki, bütün Avropada normal bir hadisədir, hər kəsin öz yerini bilməsidir, qanunlara, dövlətinə və millətinə hörmətdir. Qanun qarşısında hamının bərabərliyidir. Bundan gözəl nə ola bilər?! 


8.09.2016

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir