Modern.az

Rauf Mirqədirov ailəsinə qovuşdu

Rauf Mirqədirov ailəsinə qovuşdu

24 Sentyabr 2016, 17:02

Siyasi icmalçı və keçmiş məhbus Rauf Mirqədirov artıq İsveçrədədir. 

 

Bu barədə hazırda İsveçrənin Sürix şəhərində yaşayan siyasi mühacir Hacı Hacılı sosial şəbəkədəki statusunda xəbər verib. R.Mirqədirovla fotolarını paylaşan H.Hacılı onun barəsində “Rauf Mirqədirov: Jurnalistika və milli istiqlal tariximizin önəmli bir ismi. Eşq olsun!”, habelə “Yaşasın azadlıq” sözlərini yazıb. 

 

Musavat.com xatırladır ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 

Martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti həbs cəzası verməklə onu azad edib.

 

Sentyabrın 16-da  Rauf Mirqədirov Almaniyaya yola düşüb. O, öncə Frankfurta və ordan da 3 günlük seminarda iştirak etmək üçün Varşavaya səfər edib. R.Mirqədirov tədbirdən sonra İsveçrədə məskunkaşan ailəsinin yanına gedib. 

 

Amma siyasi icmalçı mediaya müsahibəsində ölkəyə qayıdıb-qayıtmaması barədə sualı cavablandırmayıb: "Hələ bu barədə heç nə deyə bilmərəm".

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır