Modern.az

 “Dünyanın ən yaxşı səkkiz komandasından biriyik” - Zaur Axundov

 “Dünyanın ən yaxşı səkkiz komandasından biriyik” - Zaur Axundov

Aktual

24 Sentyabr 2016, 23:21

“Rəqibimizi çox yaxşı tanıyıram. Son 5 il ərzində onlarla bir neçə dəfə vacib oyunlar keçirmişik". Modern.az saytı xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov APA-ya müsahibəsində sabah gecə yığmamızın Dünya kubokunun 1/4 final mərhələsində Portuqaliya millisinə qarşı oyunu öncəsi fikirləri ilə bölüşüb.

 

"Heyətdə hiss olunacaq itkilərimiz var. Sona qədər mübarizə aparacağıq. İddialı rəqibimiz var. Dünya çempionatında çıxışımızı davam etdirdiyimizə baxmayaraq, mən indidən baş məşqçidən və komandadan razıyam. Biz dünyanın ən yaxşı 8 komandasından biriyik. Lakin biz bununla kifayətlənməməliyik. Komanda Portuqaliya ilə oyunda ölkəmizi layiqincə təmsil etməlidir”, - Axundov deyib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır