Modern.az

“Günəşli” yatağındakı yanğın söndürüldü

“Günəşli” yatağındakı yanğın söndürüldü

Aktual

27 Sentyabr 2016, 09:53

 

Xəbər verildiyi kimi, 26 sentyabr 2016-cı il tarixində “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz  təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

 

Saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyə ediblər.

 

Bu barədə FHN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general leytenant Etibar Mirzəyev və  Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə yanğın səhər saatlarında söndürülüb.

 

Həmçinin, qaz təzahürünün qarşısı alınıb.


SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov da hadisə ilə bağlı açıqlamasında yanğının söndürüldüyünü bildirib:

“"Günəşli" yatağının 19-cu özülündə 71 nömrəli quyuda açıq fontanın söndürülməsi və digər təhlükəsizlik tədbirlərinə yerində rəhbərlik etmək üçün axşam saat 22-00 də hadisə yerinə gəlmiş SOCAR prezidenti Rövnəq Abdullayev, FHN-in nazir müavini Etibar Mirzəyev, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Rauf Vəliyev, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, NQETL insitutunun direktoru Fəxrəddin İsmayılov səhərə qədər qəzanın aradan qaldırılması tədbirlərinə birbaşa rəhbərliyi həyata keçiriblər. Görülən tədbirlərin nəticəsində yangın söndürülüb. 
Yüksək peşəkarlıq göstərmiş FHN-nin rəhbərliyi və şəxsi hjeyyəti, XDG-nin rəhbərliyi və şəxsi heyyəti, SOCAR Fotana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası, növbədə olan neftçilər hər cür tərifə laiqdirlər. 
Görülən operativ, təhlükəsizlik və təxliyyə planına uyğun tədbirlər nəticəsində xəsarət alan olmayıbr. 
Hazırda quyunun və platformanın yanan yerlərinin bərpası işlərinə başlanıb".

 

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır