Modern.az

Rusiya Suriyaya dair ABŞ-la əldə olunan sazişi ictimailəşdirib

Rusiya Suriyaya dair ABŞ-la əldə olunan sazişi ictimailəşdirib

27 Sentyabr 2016, 21:53

Rusiya Xarici İşlər Nazirliyi rəsmi saytında ABŞ-la Suriyaya dair əldə olunmuş sazişin mətnini ictimailəşdirib və Vaşinqtondan ikitərəfli razılaşmaların tam mətnini dərc etməsini tələb edib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, XİN qeyd edib ki, Rusiya həmişə qarşı tərəfə əldə olunan hər bir sazişin ictimailəşdirilməsini təklif edib, lakin ABŞ  hər dəfə buna qarşı çıxış edib.   

 

“ABŞ tərəfinin sağlam düşüncəli müxalifətçiləri “Əl Q1aidə”nin qolu olan “Cəbhə ən-Nüsrə” qruplaşmasından ayrılmasına dair üzərinə götürdüyü öhdəliyi ictimaiyyət qarşısında təsdiqləməkdən, həmçinin Rusiya ilə birlikdə atəşi dayandırmayan terrorçulara zərbələr endirməkdən boyun qaçırması diqqət cəlb edən əsas məqamlardan biridir”, - deyə məlumatda bildirilir.  

 

Rusiya XİN ABŞ-ın mötədil müxalifətin terrorçulardan ayrılmasına dair üzərinə götürdüyü öhdəlikləri icra edəcəyinə ümidvar olduğunu bildirib. 

 

Məlumatda həmçinin qeyd olunur ki, Vaşinqtonun “mötədil” hesab etdiyi silahlılar Cəbhə ən-Nüsrənin tərkibində döyüşür.  

 

“Bir daha təkrarlayırıq ki, terrorçulara əl tutma və onlara havadarlıq etmə heç vaxt xeyir gətirməyib”, - deyə XİN qeyd edib.  

 

Qeyd edək ki,  Rusiya və ABŞ arasında Suriyada atəşkəsin təmin olunması, həmçinin  ABŞ və Rusiya hərbçiləri arasında əməliyyatların əlaqəkəndirilməsinə dair saziş  sentyabrın 9-da əldə olunub.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir