Modern.az

Bakıda qlobal Forum öz işinə başlayır

Bakıda qlobal Forum öz işinə başlayır

Aktual

29 Sentyabr 2016, 09:00

V Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Forum 29-30 sentyabr tarixlərində keçiriləcək.

 

Modern.az xəbər verir ki, tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən siyasi, elmi və mədəniyyət elitasının görkəmli nümayəndələrinin iştirakı ilə 6 "dəyirmi masa" keçiriləcək.

 

İştirakçılar "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru"; "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi"; "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu"; "Davamlı inkişaf və ekoloji sivilizasiya"; "Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadrlar hazırlığı məsələləri: innovativ və etik problemlər"; "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları"  mövzularında fikir mübadiləsi aparacaq.


Tədbirin sonunda bəyannamə qəbul olunacaq.

 

Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

 

Qeyd edək ki, 2010-cu ildən keçirilən forumun təşəbbüsçüləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının o zamankı prezidenti Dmitri Medvedev olub.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır