Modern.az

Mir Cəlal Paşayevin xatirəsi anılıb - FOTOLAR

Mir Cəlal Paşayevin xatirəsi anılıb - FOTOLAR

Aktual

28 Sentyabr 2016, 22:20

Bu gün görkəmli yazıçı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anım günü münasibətilə Bakı Dövlət Universitetinin tələbələri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli ədibin məzarını ziyarət ediblər. Modern.az saytı xəbər verir ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək bildirib ki, təmsil etdiyi təşkilat 2013-cü ildən İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun rəhbərliyi ilə “Mir Cəlal irsinin təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində Mir Cəlal Paşayevə həsr edilmiş məqalə müsabiqəsi keçirilib, ədibin Gəncə şəhərində yerləşən Ev muzeyinə BDU tələbələrinin ekskursiyası təşkil edilib. Görkəmli ədibə həsr olunan kitab buraxılıb. O, bu layihənin uzun müqddətli olacağını da tələbələrin nəzərinə çatdırıb.

Daha sonra görkəmli ədibin xatirəsi bir dəqiqəlik sükütla anılıb. Sonra BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü dosent Ələmdar Cabbarlı görkəmli ədibin ədəbi və elmi yaradıcılığından, eyni zamanda podaqoji fəaliyyətindən bəhs edib: “Mir Cəlal Paşayev Azərbaycan estetik fikrinin formalaşmasında mühüm rol oynayıb. Onun hekayələri, romanları, eləcə də “Füzulinin poetik xüsusiyyətləri”, “Azərbaycanda ədəbi məktəblər(1905-1917)” kimi elmi əsərləri ədəbiyyat və elm tariximizdə qiymətli mənbələr kimi hər zaman əhəmiyyətini saxlayacaq. Mir Cəlal müəllimin “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi bu gün də alimlərin, tələbələrin stolüstü kitabıdır. Amma Mir Cəlal müəllim hər zaman vurğulamışdır ki, ən böyük əsərim ailəmdir. Həqiqətən də bu, belədir. Vaxtilə Mir Cəlal müəllim zavallı bir Azərbaycan gəncinin manifestini yazmışd. Bu gün isə onun övladları, nəvələri müstəqil və xoşbəxt Azərbaycanın manifestinin yazılmasında uğurla iştirak edirlər”.

 

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır