Modern.az

Qarabağda erməni əsgər yoldaşını güllələyib

Qarabağda erməni əsgər yoldaşını güllələyib

Aktual

29 Sentyabr 2016, 10:35

Sentyabrın 7-də Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda 19 yaşlı əsgər Arman Qandilyanın ölümü ilə bağlı təfərrüatlar ortaya çıxıb.

 

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, rəsmi məlumatda olduğu kimi, döyüş növbətçiliyinin aparılması qaydalarının pozulması nəticəsində yox, qəsdən açılmış atəş nəticəsində ölüb.

 

Bunu Alik Qandilyanın atası söyləyib. Onun bu günlərdə aldığı arayışda qeyd olunur ki, oğlunun ölümü ilə bağlı artıq günahlandırılan şəxs də var. 

 

Həmin arayışda qeyd olunur ki, növbətçiliyə cavabdeh olan əsgər Ayk Seyranyan  döyüş növbətçiliyinin aparılması qaydalarını pozaraq, müşahidəçi vəzifəsini sayıqlıqla yerinə yetirməyib. 

 

Bunun nəticəsində o, sonradan digər müşahidəçi Arman Qandilyanın başının siluetini görüncə, çağırış parolunu tələb etməyərəkatəş açıb.

 

Qandilyanın ölümündə günahkar hesab olunan Seyranyan isə ifadəsində onun türk (ermənilər Azərbaycan hərbçilərini belə adlandırırlar) olduğunu zənn edərək qorxduğundan atəş açıb.

 

Atası deyib ki, oğlunun ölümündən 20 gün əvvəl onun pulunu və bəzi əşyaları da oğurlanıb.

 

Bu fakt Qarabağdakı sepratçı rejimin ordusunda dərəbəyliyin hökm sürdüyünü bir daha təsdiqləyir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır