Modern.az

Dünən Bakıya aylıq normadan 5 dəfə çox yağış yağıb

Dünən Bakıya aylıq normadan 5 dəfə çox yağış yağıb

Aktual

29 Sentyabr 2016, 11:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində faktiki hava şəraitini açıqlayıb.

 

Departamentdən Modern.az-a verilən məlumata görə, sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış  yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

 

Düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm olub.


Qeyd edək ki, Bakıya düşən  65 mm yağıntı aylıq normanın 381 faizi deməkdir.  Bu isə aylıq normadan təxminən 5 dəfə çoxdur.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır