Modern.az

Naxçıvanın 2017-ci il üçün gəlir və xərcləri

Naxçıvanın 2017-ci il üçün gəlir və xərcləri

Aktual

29 Sentyabr 2016, 13:19

 

İcmal büdcəsinin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olaraq 359,5 mln. manat proqnozlaşdırılıb.

Modern.az-ın verdiyi xəbərə görə, 2017-ci ilin dövlət büdcəsi layihəsində bu haqda bildirilib.

 

Bu rəqəm 2016-cı illə müqayisədə 8, 1 mln. manat və ya 2,3 faiz çoxdur.

Xərclərin 19,3 faizi və ya 69, 5 mln. manatı Naxçıvan Muxtar Respubliaksının öz gəlirləri, 80, 7 faizi və ya 290,0 mln. manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşdırılıb.

 

Əvvəlki illə müqayisədə Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği 7, 6 miln. manat və ya 2,7 faiz artıb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü