Modern.az

Deputatlar diaspor rəhbərinə dəstək verməyə çağırdılar

Deputatlar diaspor rəhbərinə dəstək verməyə çağırdılar

Aktual

30 Sentyabr 2016, 12:48

Milli Məclisin bugünkü iclasında ermənilərin Hollandiyadakı Azərbaycan diaspor rəhbərlərindən olan İlhan Aşkın barəsindəki şikayəti əsasında açılmış cinayət işi müzakirə mövzusu olub.

Modern.az-ın xəbərinə görə, deputat Qənirə Paşayeva bildirib ki, İlhan Aşkının iki il əvvəl keçirlmiş mitinqdə erməni işğalı barədə danışdığına görə indi polisə çağırılması Avropa kimi hüquqi məkanda olduqca ədalətsiz yanaşmadır. Deputat qeyd edib ki, bütün dünyadakı azərbaycanlılar, o cümlədən Azərbaycandakı hüquşünaslar, vəkillər bu məsələdə diaspor rəhbərinə dəstək verməlidir.

Spiker Oqtay Əsədov isə bildirib ki, məsələ araşdırılıb, münasibət bildirilməlidir.

Deputat Fazil Mustafa da bildirib ki, diaspor rəhbəri Xocalı faciəsinə abidənin qoyulmasına dəstək verdiyi üçün ermənilərin qəzəbinə tuş gəlib:

“Avropalılar gəlib bizə həbslərlə bağlı iradlar tutular. Amma görün özlərində nə baş verir? Haqq sözünü dediyi üçün bir insana cinayət işiq açdırılar. Biz ona dəstək olmalıyıq”.

Qeyd edək ki, Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına Haaqa polisindən məktub daxil olub və oktyabrın 4-də onu polis şöbəsinə dəvət ediblər. Məktubda deyilir ki, onun bu il iyunun 13-də və 17-də milli zəmində qanunsuzluq etməsi ilə bağlı polisə şikayət olunub. Buna səbəb kimi Almelo şəhərində 2014-cü il iyunun 1-də keçirilən aksiyada “Qarabağ ermənilərə məzarı olacaq” ifadəsisini işlətməsidir. Həmin ifadə ermənilərdə narazılıq yaradıb.

 

Ağa AKİFOĞLU

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır