Modern.az

“Azərbaycanlı gənclər üçün xaricdə təhsili təcili bərpa etməliyik”  

“Azərbaycanlı gənclər üçün xaricdə təhsili təcili bərpa etməliyik”  

30 Sentyabr 2016, 12:57

“Biz 2016-cı ildə təhsil almaq üçün xaricə tələbə göndərə bilmədik. Amma Azərbaycana yüksək ixtisaslı kadrlar lazımdır”.
Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, xaricdə təhsil üçün yeni və uzunmüddətli qanun layihəsi hazırlanaraq qəbul edilməlidir:

“Hesab edirəm ki, biz yeni bir qanun qəbul edərək, yaxın 10 il ərzində xaricə tələbələr göndərməliyik. Əvvəlki illərdən fərqli olaraq, bu yeni qanunla hərbi, müdafiə, hümanitar, hüquq və digər ixtisaslar üzrə gənclərin xaricdə təhsilini təmin etməliyik. Azərbaycanın yüksək ixtisaslı hümanitar və xüsusilə dünya dillərini bilən hüquqşünaslara ehtiyacı var. Hesab edirəm ki, parlamentin Elm və təhsil komitəsi tez bir zamanda bu barədə yeni bir qanun layihəsi hazırlamadlı və sənəd parlamentin payız sessiyasında qəbul edilməlidir. 2017-ci ildən xaricdə azərbaycanlı tələbələrin təhsilini bərpa etməliyik”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır