Modern.az

Əsgər anası Ermənistan hakimiyyətini biabır etdi

Əsgər anası Ermənistan hakimiyyətini biabır etdi

Aktual

1 Oktyabr 2016, 15:22

Rəsmi versiyaya görə, mayın 16-da 10 dəqiqə müddətində Syunik  vilayətinin Sisiyan şəhərinədəki  hərbi hissələrdən birində 6 əsgər alay komandiri Karen Xaçatryanı döyüblər.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki,  zabit demək olar  heç bir xəsarət almayıb, yalnız gözünün altında kiçik qançır olub.

 

Bu hadisədən sonra bir qrup şəxs tərəfindən rəisə qarşı zorakılıq hərəkətlərinə görə 6 əsgər tutulub. Onları 4 ildən 8 ilədək həbs  cəzası gözləyir.

Həbs olunaraq “Gorus”  islah-əmək müəssisəsində saxlanılan 20 yaşlı Arsen Akopyanın anası iddia edir ki, zabitlə əsgərlər arasında böyük insident olmayıb. Ancaq onun sözlərinə görə, bütün günahı əsgərlərin boynuna yıxmaq istəyirlər.

 

“Bizim ölkədə əsgərə hörmət etmirlər. Mən başa düşdüm ki, bizdə nə baş verməsindən, kimi günakar olub-olmamasından asılı olmayaraq,  zabirlər yox, əsgərlər ittiham olunurlar. Hazırda həbsxanalarda çoxlu əsgər var. Hər dəhə bizim rəhbərlik elə edir ki, günahı əsgərin boynuna qoysun.  Onları nə qədər tutmaq olar? Uşaqlar ölkənin müdafiəsi üçün postlarda dayanmalarına baxmayaraq, onlar üstəlik zabitlərdən də qorxurlar”, - Anait Akopyan deyib.

Onun dediyinə görə, insident günü  uşaqlar əsgərlərdən birinin ad gününü qeyd ediblər.

 

“Zabit Karen Xaçatryan gəlib, onları gecə sıraya düzüb, deyib ki, sərxoşlar irəli çıxsın. O, uşaqlardan birini söyüb.  O da yəqin ki, özünü saxlaya bilməyib,  cavab verib və dalaşma başlayıb, başqaları ayırmağa çalışıblar. Tibbi ekspertizanın rəyinə görə, Akopyanın spirtli içki qəbul etdiyi aşkarlanmayıb”.

 

Qadının sözlərinə görə, ittiham şahid zabitlərin ifadələri əsasında irəli sürülüb. Onlar davadan 10 dəqiqə sonra zabiti başqa əraziyə aparıblar və ittiham olunanlardan 3 nəfərini daha 10 dəqiqə döyüblər.

 

Akopyan deyir ki, Xaçatryan ona konkret kimi hücum etdiyini xatırlamır. Bununla belə, 6 əsgəri şahidlərin ifadələrinə görə tutublar: “Belə çıxır ki, şahidlərin sözləri hər şeydən üstündür”.

 

“Əgər 6 nəfər bir adamı yerə yıxıb əsgər  çəkməsi ilə təpikləyirsə, onların dediyi kimi 10 dəqiqə, həmin adamın axırı necə ola bilər? O, ölməlidir. Amma ekspertizanın rəyində yalnız gözünün altındakı kiçik qançır qeyd olunub. Əgər zabit iki dəfə  10 dəqiqə döyülübsə, onun bədənində necə bir yerdə kiçik qançıq ola bilər? Bundan əlavə, doğrudan da əsgərlər zabiti 10 dəqiqə döyüblərsə, həmin şahidlər niyə bircə dəfə əsgərlərə xəbərdarlıq etməyiblər, onların əllərini burub, “nə edirsiniz” deməyiblər?  - qadın bildirib.

 

Akopyanın bildirdiyinə görə, əsgərlərdən birinin burnu sındırılıb, amma ilkin istintaq orqanı bu zərbəni zabitin özünü müdafiəsi kimi yozub.

 

“Bizim ordu belədir. Hər dəfə uşaqları posta qaldıranda biz pul vermişik, avtomobilin mühərriki üçün də bizdən pul alıblar. Dövlət əsgəri bizim hesabımıza saxlayır”, -qadın bəyan edir

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır