Modern.az

Avtomobil aşdı, 1 nəfər öldü - Şəmkirdə ağır qəza 

Avtomobil aşdı, 1 nəfər öldü - Şəmkirdə ağır qəza 

Aktual

1 Oktyabr 2016, 20:37

Şəmkirdə aşan maşın ölümə səbəb olub.

 

Modern.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Qaracəmirli kəndində baş verib.

 

Rayon sakini Babək Məmmədov idarə etdiyi “Mercedes” markalı minik avtomobili aşırıb.

 

Nəticədə sərnişin Elşad Namazov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Daha sonra yaralı evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır