Modern.az

Bakıda xaç suyuna salınan katoliklər - Onlar bu ailələrin övladlarıdır...

Bakıda xaç suyuna salınan katoliklər - Onlar bu ailələrin övladlarıdır...

Aktual

10 Oktyabr 2016, 09:40

“Azərbaycan dünyəvi dövlət olduğundan bura gələn insanların konkret hansı dinə mənsub olması  soruşulmur. Mən ilk dəfə bura gələndə yüzlərlə yerli katoliklə rastlaşdım”.

 

Bunu Modern.az-a açıqlamasında katolik icmasının rəhbəri Vladimir Fekete ölkəmizdə yaşayan katoliklərlə bağlı danışarkən bildirib.

O, Azərbaycandakı katoliklərin dəqiq statistikasının aparılmadığını bildirib:

“Çünki onların qeydiyyatı aparılmır. Elə katoliklər var ki, bizim icmaya müraciət etməyib, hər hansı şəkildə əlaqələrimiz yoxdur. Ona görə də dəqiq say demək çətindir. Məndə belə informasiya yoxdur. Amma bildiyim odur ki, katoliklərin sayı mütəmadi olaraq dəyişir. Bir çox hallarda xaricilər gəlib burda yaşayır və bir müddət sonra gedirlər. Ona görə də rəqəmlər dəyişir və həmişəlik, dəqiq bir say yoxdur”.

V.Fekete qeyd edib ki, Azərbaycan tolerant ölkə olduğundan katoliklər burada yaşamaqdan məmnundurlar:

“Bir çox dünya ölkələrində dinlə bağlı bəzi qadağalar var. Amma Azərbaycanda belə bir problem yoxdur. Onlar hər zaman rahatlıqla kilsəyə gedə bilir, heç bir çətinlik olmadan dini ayinlərini icra edirlər. Ona görə də burada yaşamaq onlar üçün olduqca əlverişlidir”.

 

İcma rəhbərinin sözlərinə görə, Bakıdakı katoliklərin əksəriyyəti qarışıq ailələrdən doğulan uşaqlardır:

“Hansı ki, dünyaya gələn uşaq tərəflərdən birinin təkidi ilə xaç suyuna salınır və xristianlığı qəbul etmiş olur”.

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır