Modern.az

Terrorçuların bayrağı Qarabağa gətirilib - FOTO

Terrorçuların bayrağı Qarabağa gətirilib - FOTO

Qarabağ

12 Oktyabr 2016, 11:57

Ermənilər işğal altında saxladıqları Qarabağ əarazisində təxribatlara davam edirlər.

 

Modern.az saytı xəbər verir ki, dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağı Qarabağdakı təmas xəttində asılıb. Bu fotofaktı ermənilər sosial şəbəkədə yayıblar. Onlar həmin bayrağın 2011-ci ildən bəri təmas xəttinin Tərtər rayonu istiqamətindəki  döyüş mövqelərində asıldığını və Azərbaycan mövqelərindən göründüyünü yazırlar.

 

Xatırladaq ki, ASALA terror təşkilatı 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılıb. Təşkilat əksəriyyəti türk diplomatı olmaqla, ümumilikdə 46 nəfərin ölümünə bais olub. 1988-ci ildə liderləri Akop Akopyan Afinada öldürüldükdən sonra ASALA fəaliyyətinə son qoyub.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır