Modern.az

Dünyada neft çatışmazlığı dörd il sonra yarana bilər

Dünyada neft çatışmazlığı dörd il sonra yarana bilər

Aktual

21 Oktyabr 2016, 00:14

Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yarana bilər. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu BP-nin Rusiya bölməsinin (BP Rusiya) vitse-prezidenti Vladimir Drebentsov bildirib. 

 

“Neft bazarında çatışmazlıq dörd ildən sonra yaranacaq. Biz 2014-2016-cı illərdə reallaşdırılmayan investisiyaların hansı həcmdə olduğunu bilirik, şirkət investisiya planında azaltmalar etməli olub. Bir neçə layihələr təxirə salınıb. Nəzərə alsaq ki, bu layihələr aşağı 5 illik olub, deməli, 2015-ci ildə reallaşdırılmalı olan investisiyalar təxminən 2020-ci ildə özünü biruzə verəcək”, - deyə Drebentsov qeyd edib.  

 

“İnvestisiyaların azalması səbəbindən nəzərdə tutulmuş neftin bazara çıxarılmayacağı və ABŞ-ın  hasilatı artırmaqla buna təsir edə bilməyəcəyi təqdirdə dünya bazarında çatışmazlıq yarana bilər. Kəsirin nə qədər dərin olacağını indidən demək çətindir”, -deyə Drebentsov əlavə edib.   

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır