Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

21 Oktyabr 2016, 12:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir, mülayim şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturunun yarımadada gecə 9-11° isti, gündüz 11-14° isti, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

 
Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 12-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 22-23- də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır