Modern.az

Dövlət İmtahan Mərkəzi qeydiyyata alındı

Dövlət İmtahan Mərkəzi qeydiyyata alındı

Aktual

21 Oktyabr 2016, 17:50

 

Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzi (DİM)-dən məlumat veilib.

 

Bildirilib ki, DİM dövlət qeydiyyatına alındığı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv edilməsi istiqamətində Ləğvetmə Komissiyası yaradılacaq. 

DİM-in yeni saytı –dim.gov.az da istifadəyə verilib. //dim.gov.az/

 

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.

 

Ağa AKİFOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır