Modern.az

Ölkəyə qanunsuz keçirilən 30 mobil telefon aşkarlanıb

Ölkəyə qanunsuz keçirilən 30 mobil telefon aşkarlanıb

Aktual

21 Oktyabr 2016, 22:46

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları ölkəyə Gömrük nəzarətindən kənar mobil telefon gətirilməsinin qarşısını alıb. Modern.az saytı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,  Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında  Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən, 19 ədəd “Samsung Galaxy J1 mini”, 5 ədəd “Samsung Galaxy J1” və 6 ədəd “Samsung Galaxy J3” markalı telefonlar,  avtomobilin ön sağ təkərindən isə 30 ədəd “Samsung” markalı adaptelər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır