Modern.az

Ermənistanda “Gənc junalistlər” məktəbinin direktoru adam öldürdü

Ermənistanda “Gənc junalistlər” məktəbinin direktoru adam öldürdü

Dünya

22 Oktyabr 2016, 13:40

Oktyabrın 19-da bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilən Sevan sakini 22 yaşlı Levon Saakyan dünən “Ermənistan” tibb mərkəzində ölüb.

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, həkimlər onun ürəyinin və böyrəyinin zədələndiyini deyiblər.

 

Faktla bağlı cinayət işi qaldırılıb və şübhəli şəxs kimi “Gənc jurnalistlər” məktəbinin 39 yaşlı direktoru Vaan Kazaryan saxlanılıb.

İlkin məlumata görə, məktəbin həyətində və binanın içərisində qan izləri, direktoru kabinetində isə həmin gəncə xəsarət yetirilən bıçaq aşkar olunub.

 

KİV-dəki xəbərlərə görə, Kazaryan oktyabrın 19-da məktəbə gedərək arvadının əmək haqqının gecikdirilməsinin səbəbini öyrənmək istəyib, oradan da xəstəxanaya aparılıb. Saxlanılan direktor artıq etirafedici ifadə verib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır