Modern.az

İŞİD-in hücumunda 50 nəfər ölüb

İŞİD-in hücumunda 50 nəfər ölüb

Dünya

23 Oktyabr 2016, 22:19

İŞİD terror qruplaşması İraqın İordaniya ilə sərhədində yerləşən Ənbar əyalətinin Rutba şəhərinə hücum edib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, ekstremistlər şəhərə üç istiqamətdən hücuma keçiblər. İŞİD və İraq ordusu arasında şiddətli döyüş olub və hazırda da davam etdiyi bildirilir. İraqın hərbi mənbələrinin məlumatına görə, silahlı toqquşma nəticəsində təqribən 20 yaraqlı məhv edilib. İraq ordusu 30 nəfərə yaxın itki verib.

Ər-Rutba terrorçulardan 2016-cı ilin mayında azad edilib. Həmin vaxtdan yaraqlılar dəfələrlə şəhər üzərində nəzarəti yenidən ələ keçirməyə çalışsalar da, bu, uğursuz olub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı