Modern.az

Xüsusi təyinatlıların ən uğurlu əməliyyatları...

Xüsusi təyinatlıların ən uğurlu əməliyyatları...

Dünya

24 Oktyabr 2016, 17:20

Xüsusi təyinatlı qüvvələr düşmən ərazilərinin dərinliklərində diversiya və hücumlar təşkil edən xüsusi qoşun növüdür. Tarixdə xüsusi təyinatlıların həyata keçirdiyi xeyli uğurlu əməliyyat nümunələri var.

Modern.az onların bir hissəsini təqdim edir.

 

1976-cı ilin yayında ekstremistlər Təl-Əviv-Paris reysi ilə hərəkət edən sərnişin təyyarəsini ələ keçirmişdilər. Terrorçular havada olarkən pilotdan Uqandada eniş etməyi tələb ediblər. İsrail vətəndaşı olmayan girovlar azad olunmuşdu. Qalanları isə aeroportun xüsusi yerində saxlanılırdı. 90 dəqiqə ərzində İsrail kəşfiyyatının 100 döyüşçüsü bütün girovları azad etdi. Əməliyyat zamanı İsrail baş naziri Benyamin Netanyahunun qardaşı, xüsusi təyinatlı dəstənin komandiri Yonatan Netanyahu və 3 sərnişin həlak olmuşdu.

 

1980-ci ilin aprelində bir qrup terrorçu Londondakı İran səfirliyini ələ keçirərək rəsmi Tehrandan siyasi məhbusları azad etməyi tələb etmişdi. Səfirliyin 26 işçisi girov götürülmüşdü. 15 dəqiqə ərzində keçirilən əməliyyat zamanı 6  terrorçudan 5-i öldürülmüş, 2 girov həlak olmuşdu.

 

1994-cü il dekabrında bir qrup terrorçu Əlcəzairdən Parisə uçan Air France təyyarəsini ələ keçirmişdi. Təyyarənin göyərtəsində ümumilikdə 212 nəfər var idi. Onlar “İslam Azadlıq Cəbhəsi”nin üzvlərini həbsdən azad etməyi tələb edərək əks halda hava gəmisini Eyfel qülləsinə çırpacaqlarını bildirdilər. Təyyarə yanacaq yığmaq üçün Marsel aeroportuna eniş edir və bu zaman xüsusi təyinatlılar sürətli əməliyyat keçirirlər. Uğurlu əməliyyatda heç bir sərnişin xəsarət almır, bütün terrorçular isə öldürülür.

 

Bəzən xüsusi təyinatlılar uğursuz əməliyyat keçirirlər. Məsələn, 1979-cu ilin noyabrında Tehranda radikal iranlılar Amerika səfirliyini ələ keçirirlər. Diplomatik idarənin 52 əməkdaşı girov götürülür. Onların qarşılığında iranlılar Rza Şah Pəhləvinin təhvil verilməsini tələb edirlər.

1980-ci ilin aprelində Amerika xüsusi təyinatlılarının girovları azad etmək planı uğursuzluqla nəticələnir və onlar 8 döyüşçüsünü itirərək geri qayıdırlar. Yalnız 1980-ci ildə Əlcəzairin vasitəçiliyi ilə diplomatlar vətənlərinə geri qaytarılır.

 

Vüqar İSMAYILOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı