Modern.az

Deputatdan hökumətə ÇAĞIRIŞ: “Türkiyə və İranla viza rejimi ləğv olunsun

Deputatdan hökumətə ÇAĞIRIŞ: “Türkiyə və İranla viza rejimi ləğv olunsun”

Aktual

28 Oktyabr 2016, 12:26

 “İranda 30 milyondan artıq azərbaycaycanlı yaşayır. Mən dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, biz İranla viza məsələsinə baxmalıyıq”.

Modern.az-ın xəbərinə görə, bu sözləri parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O, Azərbaycan hökumətini Türkiyə və İranla viza rejimini ləğv etməyə çağırıb. Deputat  söyləyib ki, Azərbaycana qarşı bəzi Türkiyə saytlarında təxribatçı yazılar gedir:

“Bu gün mən bir yazı oxudum ki, Türkiyədə müəyyən adamlar bizə rişxənd edirlər. Onlar bizim Türkiyə ilə dostluq və qardaşlığımız haqqında dediklərimizə ironiya ilə yanaşıb hələ də viza rejimini qaldırmamağımızı xatırladırlar.

 

Ona görə də mən Türkiyə və İranla viza rejiminin qarldırılması üçün hökuməti müvafiq addımlar atmağa çağırıram. Bu həm də kimlərə xidmət etdiyi bəlli olmayan media orqanlarının bizə qarşı təbliğatına son qoyardı”.

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır