Modern.az

Bakıda evdən 80 min manatlıq qızıl oğurlayan dayə saxlanıldı

Bakıda evdən 80 min manatlıq qızıl oğurlayan dayə saxlanıldı

9 Noyabr 2016, 15:24

Bakıda evdən külli miqdarda qızıl oğurlamış qadın tutulub.

 

Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Bakı şəhər sakini Azər Kazımovun evindən 80 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, orada dayə işləyən paytaxt sakini Sevinc Fərəcova saxlanılıb.

Araşdırma davam etdirilir.

                  

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır