Modern.az

Azərbaycanda ötən il 9 378 uşaq ailəsiz qalıb

Azərbaycanda ötən il 9 378 uşaq ailəsiz qalıb

11 Noyabr 2016, 22:07

Azərbaycanda ötən il 18 yaşınadək övladı olan 5 814 ailə boşanıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, həmin ailələrdə uşaqların sayı 9 378 olub. Həmin ailələrdən 2 838-i bir uşaqlı, 2 976-sı iki və daha çox uşaqlı olub. Ailələrdə 6 540 nəfər 18 yaşadək uşaq olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ümumillikdə qeydə alınan 12 764 boşanmadan 6 950-si övladsız olub.

Bakı şəhərində 18 yaşadək övladı olanlar arasında boşanmaların sayı 4 253 olub. Bəzi rayonlarda bu rəqəm yüksək sayda qeydə alınıb. Tovuz rayonunda 291, Şəmkirdə 227, Xaçmazda 218, Füzulidə 190, Ağdamda 367, Kəlbəcərdə 168, Laçında 116, Şəki şəhərində 210 boşanma qeydə alınıb.

Xızı (14), Yardımlı (20), Lerik (37) Qax (42) və Daşkəsən (51) rayonlarında boşanmların sayı daha az qeydə alınıb.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir