Modern.az

 “National Geographic”dən Azərbaycana qarşı TƏXRİBAT

 “National Geographic”dən Azərbaycana qarşı TƏXRİBAT

Mədəni̇yyət

15 Noyabr 2016, 18:42

Dünyanın ən nüfuzlu elmi-populyar jurnallarından sayılan “National Geographic” Azərbaycana qarşı təxribata yol verib. Modern.az saytı xəbər verir ki, jurnalın internet səhifəsindəki “Dünyanın ən gözəl 17 məkanı” adlı rubrikada 6-cı sırada təqdim olunan Keşikçidağ məbədi (David Qareci monastır kompleksi”) Gürcüstan memarlığının şedevr əsəri kimi  təqdim olunub.

“Yüksək qayalıq ərazidə, Azərbaycan-Gürcüstan sərhəddində 19 qayaiçi mağaradan ibarət David Qareci monatır kompleksi yerləşir. Vaxtilə 5 min keşişin yaşadığı bu abidə gürcü memarlığının zirvəsi sayılır. Mağaralardan birində hələ də monastır var və çöl səssizliyində orada kahinin dini ifasını aydın eşitmək olar”,-deyə jurnal bildirib.

Xatırladaq ki, Gürcüstanın Saqareco və Azərbaycanın Ağstafa rayonları arasındakı mübahisəli ərazidə yerləşən Keşikçidağ məbədi iki ölkə arasında dəfələrlə qalmaqala səbəb olub. Gürcüstan tərəfi abidənin gürcü pravoslav kilsəsinə məxsus olduğunu iddia etsə də, Azərbaycan tərəfi monastırın alban kiləsindəın qalma olduğunu bildirir.

 

Vüqar İSMAYILOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı